Mətn Stiliasasas
Səhifə Stiliasasasas
Ana səhifə | Xəbərlər
“ESFİDİP” pilot layihəsi davam edir
Mart 17, 2017

Gəncə Dövlət Universitetində “Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFİDİP) adlı Tempus layihəsi çərçivəsində iş planı üzrə Pilot layihəsi davamedir. 2017-ci ilin martın 17-də layihənin iş planına əsasən“Qiymətləndirmə və monitorinq” qrupunun üzvlərindən ibarət iclas keçirildi.Müzakirədə Sosial fənnlər kafedrasının baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Asim Məmmədov, Kimya kafedrasının baş müəllimi Sevinc Zeynalova, Azərbaycan dilinin tədrisi metodikası kafedrasının baş müəllimi İlhamə Niyazova, Tədris elektron mərkəzin mühəndis proqramçısı Sevinc Quliyeva və Riyaziyyat informatika fakültəsinin II kurs tələbəsi Savad Məmmədova iştirak etdilər.

“Pilot layihə”nin icrası üzrə görüləcək işlər müzakirə olunaraq, universitetdə əllilliyi olan tələbələrə necə dəstək göstərilməli və onların ehtiyaclarının qiymətləndirilməsi üzrə suallar tərtib olundu. Müzakirə əsnasında tərtib edilən sualların tələbə və müsahibə götürən şəxsin söhbətlərindən asılı olaraq dəyişdirilə bilməsinin zəruriyyətindən danışıldı. İclasın yekununa yaxın əlilliyi olan tələbələrlə müsahibə keçirliməsinin məqsədə uyğun olduğu bildirildi.

Keçirilən müsahibədə iştirak edən 8 nəfər əlilliyi olan tələbənin hər biri ilə fərdi olaraq sual-cavab edilmiş və səmərəli şəkildə yekunlaşmışdı.