Mətn Stiliasasas
Səhifə Stiliasasasas
Ana səhifə | Xəbərlər
Əlilliyi olan Tələbələr üçün Mərkəzin koordinatoru işgüzar səfərdə oldu
Apr 05, 2017

2017-ci il aprelin 5-də Xəzər Universitetinin Əlilliyi olan Tələbələr üçün Mərkəzinin koordinatoru Rima Məmmədova Varşavada işgüzar səfərdə olarkən Varşava Universitetinin Əlilliyi olan Şəxslər üçün Ofisinin direktoru Pavel Vdovik ilə görüşdü. Görüş zamanı Pavel Vdovik ofisin yaranma tarixi, qarşılaşdığı çətinliklər və əldə etdikləri nailiyyətlər haqqında danışdı. O, əlilliyi olan tələbələr üçün göstərdikləri xidmətlər haqqında məlumat verdi. Rima Məmmədova, həmçinin, əlilliyi olan tələbələr üçün yaradılmış mərkəzlə və təmin olunmuş avadanlıqlarla tanış oldu.

Görüş zamanı qarşılıqlı əməkdaşlıq barədə müzakirələr aparıldı və razılaşma əldə olundu.