Mətn Stiliasasas
Səhifə Stiliasasasas
Ana səhifə | Xəbərlər
ESFIDIP Tempus layihəsi çərçivəsində Makedoniya Universitetində görüş keçirildi
May 06, 2017

2017-ci il aprelin23-dən 27-dək Xəzər Universitetinin “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) adlı Tempus layihəsi çərçivəsində Yunanıstanın Makedoniya Universitetində görüş keçirildi. Görüşdə yerli tərəfdaş universitetlərin nümayəndələri ilə yanaşı, Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Əlil Təşkilatları İttifaqının nümayəndələri də iştirak etdilər.

Görüş zamanı layihənin iş paketinə uyğun olaraq, Makedoniya Universitetinin nümayəndələri əlilliyi olan tələbələrlə ünsiyyətin qurulması və yardımçı avadanlıqlardan istifadə edilməsi haqqında təcrübələrini tərəfdaşlarla bölüşdülər. Həmçinin, yerli tərəfdaş universitetlər həyata keçirdikləri pilot proqramlar haqqında təqdimatlar etdilər və Əlilliyi olan Tələbələr üçün Mərkəzlərin fəaliyyəti haqqında danışdılar.

“Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) adlı Tempus layihəsi 2017-ci il mayın 31-də sona çatır və layihənin son konfransı cari il mayın 15-i və 16-da Xəzər Universitetində həyata keçiriləcəkdir.