Mətn Stiliasasas
Səhifə Stiliasasasas
Ana səhifə | Xəbərlər
Elan
May 08, 2017

ESFIDIP Tempus layihəsinin son konfransı Xəzər Universitetində baş tutacaq

2017-ci il mayın 15-i və 16-da Xəzər Universitetində “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) adlı Tempus layihəsi çərçivəsində “Azərbaycanda Əlilliyi olan Tələbələr üçün Ali Təhsil Müəsissələrində bərabər imkanlar” adlı layihənin son konfransı keçiriləcək. Layihənin tərədaşlarının nümayəndələri layihə zamanı yaranan çətinliklər, əldə edilmiş nailiyyətlər və ümumilikdə layihənin nəticəsini müzakirə və təbliğ etmək üçün iki günlük konfransda iştirak edəcəklər.