Mətn Stiliasasas
Səhifə Stiliasasasas
Ana səhifə | Xəbərlər
ESFİDİP Tempus layihəsinin son tədbiri olaraq monitorinqlər keçirildi
İyn 19, 2017

Xəzər Universitetinin koordinator olduğu “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFİDİP) Tempus layihəsinin son tədbiri olaraq monitorinqlər keçirildi.

2017-ci il mayın 18-də  Əlil Təşkilatları İttifaqının (ƏTİ) sədri Davud Rəhimli və nümayəndələri Firuzə Babayeva və Ayaz Huseynov Xəzər Universitetinin, mayın 20-də Xəzər Universitetinin İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva və Biologiya departamentinin müdiri Dr. İradə Xəlilova Naxçıvan Dövlət Universitetinin,  mayın 30-da ESFİDİP layihəsinin rəhbəri Rima Məmmədova və ƏTİ sədri D. Rəhimli Lənkəran Dövlət Universitetinin, iyunun 8-də ESFİDİP layihəsinin rəhbəri R. Məmmədova, Xəzər Universitetinin Qəbul və tələbə şöbəsinin müdiri Lamiyə Namazova və ƏTİ sədri D. Rəhimli Sumqayıt Dövlət Universitetinin, iyunun 9-da Xəzər Universitetinin Təhsil fakültəsinin dekanı Elza Səmədova və ƏTİ sədri D. Rəhimli Gəncə Dövlət Universitetinin, iyunun 12-də isə ESFİDİP layihəsinin rəhbəri R. Məmmədova, Qəbul və tələbə şöbəsinin müdiri L. Namazova və ƏTİ sədri D. Rəhimli Azərbaycan Dövlət İqtisad Universitetinin monitorinqini həyata keçirdilər.

Monitorinqlərin nəticəsi olaraq universitetlərin ESFİDİP layihəsi ilə əlaqədar həyata keçirdikləri tədbirlər və eyni layihə çərçivəsində yaradılmış “Əlilliyi olan Tələbələr üçün Mərkəz”lərin fəaliyyətləri qiymətləndirildi, məsləhət və təkliflər verildi.