Mətn Stiliasasas
Səhifə Stiliasasasas
Ana səhifə | Xəbərlər
Əlilliyi olan Tələbələr üçün Mərkəzlərin koordinatoları konfransda iştirak etdi
Dek 21, 2017

2017-ci ilin dekabrın 19-da Xəzər Universitetinin Əlilliyi olan Tələbələr üçün Mərkəzinin koordinatoru Rima Məmmədova və Azərbaycan Dövlət İqtisad Universitetinin Əlilliyi olan Tələbələr üçün Mərkəzinin koordinatoru Sevinc Məhsimova “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması” adlı konfransda iştirak etdi. British Council, Bakcell MMC və Britaniya Səfirliyinin təşkil etdiyi konfransın əsas məqsədi biznes müəssisələrini və işəgötürənləri bir araya gətirərək iş dünyasında əlilliyi olan şəxslərin işə götürülməsi ilə bağlı ən uğurlu beynəlxalq təcrübə barədə məlumatı bölüşməkdən ibarət idi. Tədbir zamanı ekspert Mark Grey Birləşmiş Krallığın bu sahədəki təcrübəsi barədə təqdimat etdi.