Mətn Stiliasasas
Səhifə Stiliasasasas
Ana səhifə | Xəbərlər
Xəzər Universitetinin Əlilliyi olan Tələbələr üçün Mərkəzin koordinatoru ESFİDİP layihəsi haqqında danışdı
Apr 19, 2018

Açıq Hökumət portalı Azərbaycanda əlilliyi olan uşaqların və tələbələrin təhsili haqqında reportaj hazırlamışdır. Xəzər Universiteti Əlilliyi olan Tələbələr üçün Mərkəzin koordinatoru Rima Məmmədova reportaj üçün müsahibə vermişdir. Müsahibə zamanı layihə koordinatoru R.Məmmədova Xəzər Universitetinin koordinator olduğu “Əlilliyi olan şəxslərin Azərbaycanın Ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) Tempus layihəsi haqqında geniş məlumat vermiş, layihənin məqsədi və vacibliyi haqqında danışmış və Azərbaycanın altı qabaqcıl universitetlərində yaradılmış Əlilliyi olan Tələbələr üçün Mərkəzlərin fəaliyyəti haqqında da məlumat vermişdir.

 

Reportaja aşağıdakı linkdə baxmaq olar:

https://www.youtube.com/watch?v=5SxADNxaY50&feature=youtu.be