Mətn Stiliasasas
Səhifə Stiliasasasas
Ana səhifə | Xəbərlər
Xəzər Universitetinin Əlilliyi olan Tələbələr üçün Mərkəzin koordinatoru işgüzar səfərdə
May 18, 2018

2018-ci il mayın 8-də Xəzər Universitetinin Əlilliyi olan Tələbələr üçün Mərkəzin koordinatoru Rima Məmmədova ABŞ-ın Nevada Universitetinin Əlilliyi olan şəxslər üçün Resurs Mərkəzində (Disability Resource Center) oldu və Mərkəzin direktor assistenti Meri Anni Kristensen (Mary Anne Christensen) ilə görüşdü. O, görüş zamanı Nevada Universitetinin Əlilliyi olan şəxslər üçün Resurs Mərkəzin fəaliyyəti ilə tanış oldu və Xəzər Universitetində fəaliyyət göstərən Əlilliyi olan Tələbələr üçün Mərkəz haqqında məlumat verdi.