Mətn Stiliasasas
Səhifə Stiliasasasas
Ana səhifə | Xəbərlər
Xəzər Universitetinin əməkdaşı “İnkluzivlikdən iştiraka doğru: əsas xüsusiyyətlər” adlı tədbirdə
Mart 01, 2019

2019-cu il martın 1-də Xəzər Universitetinin əməkdaşı, “Xəzər” Psixoloji Xidmət Mərkəzinin direktoru, Psixologiya departamentinin koordinatoru Mələk Kərimova Bakı Amerika Mərkəzində təşkil edilən, ABŞ-ın Azərbaycandakı səfirliyinin dəvətilə Azərbaycana gələn dünyaca məşhur məruzəçi və inkişaf cəhətdən məhdudiyyətli uşaqlarla çalışan Georogetown Universitetinin professoru Dr.Toby Longun “İnkluzivlikdən iştiraka doğru: əsas xüsusiyyətlər” adlı tədbirdə iştirak etdi. Dr.Long Georogetown Universitetinin Pediatriya kafedrasında professoru, eyni zamanda, Uşaq və İnsan İnkişafı Mərkəzində təlim direktorudur.

Təlimdə inkluziv təhsildə şagirdlərin sadəcə digərləri ilə birlikdə oxumasının zəruriliyi deyil, eyni zamanda, sosial həyatda aktiv iştirak etməsinin əhəmiyyəti müzakirə edildi.